Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb

Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 7 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, 8 nəfərin namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün işlər aparılır.

Əvvəlki məqalə

FIFA işğaldan azad olunmuş ərazilərdə futbol infrastrukturu üçün pul ayıra bilər

Sonrakı məqalə

Oljas Süleymenov Prezident İlham Əliyevi təbrik edib