Prezidentliyə namizədliyini irəli sürən Zahid Oruc MSK-ya müraciət edib

7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Azpost.info bildirir ki, bu barədə Z.Oruc açıqlama yayıb.
Qanunvericiliyə uyğun olaraq, ilkin Bildiriş və Öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.
Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.