Prezidentliyə namizədlərin İTV-də pulsuz çıxışı üçün püşkatma keçiriləcək

Prezidentliyə namizədlərin İTV-də çıxışı üçün püşkatma keçiriləcək. 

Azpost.info bildirir ki, bu barədə MSK açıqlama yayıb.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının qeydə alınmış namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar arasında bərabər şərtlərlə və bərabər həcmdə bölgüsü məqsədilə püşkatma keçiriləcək.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və kommunikasiya şöbəsindən verilən məlumata görə, püşkatma 2024-cü il yanvarın 15-i saat 14:00-da MSK-nın inzibati binasında təşkil olunacaq.

Əvvəlki məqalə

Şamaxı-İsmayıllı yolunda hərəkət qismən bərpa olunub

Sonrakı məqalə

Bakıda gənc oğlan qətlə yetirilib