“Procter & Gamble” Rusiyada sərmayələrini dayandırır

“Procter & Gamble” korporasiyası Rusiyada bütün yeni kapital qoyuluşlarını dayandıracağını və ölkədəki portfelini əhəmiyyətli dərəcədə məhdudlaşdıracağını açıqlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” baş direktor Con Moellerə istinadən məlumat yayıb. P&G Rusiya ərazisində bütün reklam və media fəaliyyətini də dayandırır. Qeyd edək ki, korporasiya “Gillette”, “Oral B”, “Mr. Clear” (Mr. Proper), “Tide”, “Pampers”, “Ariel”, “Braun”, “Head & Shoulders”, “Old Spice” və “Safeguard” daxil olmaqla 65 tanınmış brendə sahibdir.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mehriban Əliyeva xanımları təbrik edib

Sonrakı məqalə

“Avtobus qəzasında 12 nəfərin xəsarət alması barədə məlumat yalandır” –