Prokurorluq Mingəçevirdə motorlu qayığın limana çırpılması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Mingəçevirdə motorlu qayığın limana çırpılması ilə bağlı məlumat yayıb.

Məlumata görə, iyulun 24-ü saat 22 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində motorlu qayığın limana çırpılması nəticəsində qayıqda olan sərnişinlər – 1998-ci il təvəllüdlü Bayram Abbaszadə, 2007-ci il təvəllüdlü Heydər Həsənzadə və 1995-ci il təvəllüdlü Səbinə Ramazanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.