Puqaçova və Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilər- Açıqlama

Məşhur rusiyalı müğənni Alla Puqaçova və əri Maksim Qalkin İsrail vətəndaşlığından məhrum edilə bilər.

Azpost.info xəbər verir ki, bunu “Nativa” konsulluq şöbəsinin keçmiş rəhbəri Xanan Axitov yerli “13tv” kanalına bildirib.

Buna səbəb cütlüyün yəhudiliyi deyil, xristianlığı qəbul etməsidir.

“Anası yəhudi olan əri sayəsində İsrailə köçməyə icazə verildi. Ancaq əri onunla kilsədə evləndi və mən hətta toyda İsanın ikonasını sinəsinə yapışdırdığını gördüm. O da xristianlığı qəbul etdiyini söylədi. Buna görə də qayıdış qanununa görə, heç bir şeyə layiq deyillər, – Axitov deyib.

O əlavə edib ki, İsrail qanunlarına görə, inanclarını bilərəkdən dəyişən yəhudilər vətənə qayıtmaq hüququndan məhrum edilirlər.

Axitov onu da qeyd edib ki, bu yaxınlarda Rusiyadan İsrailə gələn repatriantların təxminən yarısı dövlətin ərazisində qalmayıb, Rusiyaya qayıdıb.

Azpost.info

Əvvəlki məqalə

İranda etirazlar zamanı həbs edilən 1200 nəfər azadlığa buraxılıb

Sonrakı məqalə

11 ayda xaricə 2 milyard 688 milyon dollarlıq qeyri-neft məhsulu ixrac etmişik –