Çeçen döyüşçüləri Rusiyanın Belqorod vilayətindəki Qrayvoron gömrük-keçid məntəqəsində xidmətə başlayıb.
Azpost.info bildirir ki, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov telegram kanalında yazıb.
Kadırov qeyd edib ki, bu sərhəd zastavasında Daxili İşlər Nazirliyinin Çeçenistanın Kurçaloyevski rayonu üzrə idarəsinin rəisi Rüstəm Aquev xidmət aparacaq.
“Gömrükçülərə hucum etmək xüsusi cəsarət tələb etmir. Hünəriniz var indi gəlin”-deyə Kadırov son həftələrdə Ukraynadan gələn silahlı dəstələrin hucumlarına işarə edərək yazıb.
O əlavə edib ki, ötən ayın sonunda Rusiya ərazisinə daxil olmuş ukraynalı diversantların qoyub getdikləri texnika və silahlar hələ də Qrayvoronski gömrük-keçid məntəqəsinin ərazisində paslanır.
Keçən həftə Kadırov elan edib ki, “Zapad-Axmat” batalyonu Rusiya sərhədini qorumağa və Belqorod vilayətində Ukrayna DRQ-lərinə qarşı mübarizə aparmağa başlayıb.
Azpost.info