Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək.
Azpost.info xəbər verir ki, bu barədə İran Məclisinin iqtisadiyyat komissiyasının rəhbəri Mohammadrez Pur-İbrahimi bildirib.
Kreml hələlik xəbəri təsdiqləməyib.
İbrahimi bildirib ki, tərəflər iqtisadi əməkdaşlığı müzakirə edəcəklər. Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə görüşəcək: “İran və Rusiya arasında iqtisadi əməkdaşlığın inkişafının planlaşdırılması iki ölkə prezidentləri arasında danışıqlarda prioritet olacaq”.
Azpost.info