Vladimir Putinin səhhətində heç bir problem yoxdur və onun Mərkəzi Klinik Xəstəxanada müntəzəm müayinələri sadəcə standart prosedurdurdan ibarətdir.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bu, müntəzəm müayinədir”, – o deyib.
Oktyabrın 16-da hökumətlə görüşdə Putin mütəmadi olaraq Mərkəzi Klinik Xəstəxanada tibbi müayinədən keçdiyini qeyd edib. O, bunu ölkə ərazisində aparılan mövsümi qripə qarşı peyvəndlərin müzakirəsi kontekstində deyib. Prezident qeyd edib ki, Mərkəzi Klinik Xəstəxananın həkimləri peyvənd üçün yerli dərmanlardan istifadə etməyi tövsiyə edir.
2023-cü ilin yazında Rusiyanı tərk edən Federal Təhlükəsizlik Xidmətinin kapitanı Qleb Karakulov müsahibəsində demişdi ki, Putin 2022-ci ilin aprelində Ukraynanın təslim olmaqdan imtina etməsindən və Rusiya ordusunun qoşunları Kiyevdən çıxarmağa məcbur olmasından sonra Mərkəzi Klinik Xəstəxanada müalicə olunub.
Eyni zamanda, zabitin sözlərinə görə, prezidentin səhhətində heç vaxt ciddi problem olmayıb. Karakulov həmçinin qeyd edib ki, Putin mütəmadi olaraq tibbi müayinədən keçir və pandemiya başlayandan sonra onunla işləyən hər kəs karantində olmalı və gündə demək olar ki, bir neçə dəfə testlərindən keçməlidir.
Azpost.info