“Putin qarşıdan gələn Sülh Sammitini pozmaq istəyir” –Zelenski

Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn Sülh Sammitini pozmaq istəyir və buna nail olmaq üçün çox şey etməyə çalışır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, Putin Sammiti pozmaq planlarından əlavə, bu Sammitin nəticələrindən qorxur.

“Dünya Rusiyanı sülhə və beynəlxalq təhlükəsizlik normalarına əməl etməyə məcbur etməyə qadirdir. Putinin bütün yalanlarına baxmayaraq, o, sözün geniş mənasında öz mühitindən asılıdır. Həm də beynəlxalq mühitdən”, – Zelenski qeyd edib.

Əvvəlki məqalə

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb

Sonrakı məqalə

Cəlilabadda itkin düşən qız Tovuzda tapılıb