Putin Rusiyada səfərbərlik elan etdi- "Qərb sülh istəmədi”

Rusiya prezidenti Vladimir Putin rusiyalılara televiziya ilə müraciət edib.

Əsas mövzu “DXR”, “LXR”, Zaporojye və Xerson vilayətlərinin Rusiyaya birləşməsi üçün referendumların keçirilməsidir.

Azpost.info xəbər verir ki, səsvermə sentyabrın 23-dən 27-nə kimi nəzərdə tutulub.

Putin çıxışında Rusiyada qismən səfərbərlik elan edib. Qismən səfərbərlik sentyabrın 21-dən başlayır.

“Yalnız hazırda ehtiyatda olan, ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Hərbi xidmətə çağırılanlar bölmələrə göndərilməzdən əvvəl xüsusi təyinatlı hərbi əməliyyat təcrübəsi nəzərə alınmaqla, mütləq əlavə hərbi hazırlıq keçəcəklər”, – Putin deyib.

Rusiya prezidenti qismən səfərbərliklə bağlı fərman imzalayıb.

“Xüsusi əməliyyat başlayandan sonra, o cümlədən İstanbuldakı danışıqlarda Kiyev Rusiyanın təkliflərinə müsbət reaksiya verdi. Lakin Qərb sülh istəmədi və Ukraynaya razılaşmaları pozmaq əmri verildi”, – Putin bildirib.

Azpost.info

Əvvəlki məqalə

Valyuta məzənnələri

Sonrakı məqalə

Rezidenturaya əlavə yerləşdirmədə qəbul olanların qeydiyyatına başlanılır