Rusiya prezidenti Vladimir Putin qondarma “LXR”, “DXR” həmçinin Xerson və Zaporojye vilayətlərinin sakinlərinin kredit borclarının dondurulmsını nəzərdə tutan qanun imzalayıb.
Azpost.info xəbər verir ki, qanun 2026-cı il yanvarın 1-dək qüvvədə olacaq.
Söhbət 30 sentyabr 2022-ci il tarixinə qədər banklar və mikromaliyyə təşkilatları qarşısında yaranan borc öhdəliklərindən gedir.
Qadağa fiziki şəxslər arasındakı borclara, mənzil-kommunal xidmətləri göstərən təşkilatlara, habelə fərdi sahibkarlara verilən kreditlərə şamil edilmir.
Azpost.info