Putin və Paşinyan telefonla danışdı –Qarabağla bağlı sazişin icrası müzakirə olundu

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sərhəddində təhlükəsizlik məsələləri müzakirə edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir