“Putin və Zelenski danışıqlara hazır deyillər, lakin nəsə baş verəcək”
AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp CBS News-a müsahibəsində deyib.
ABŞ prezidentinin sözlərinə görə, o, Kreml rəhbərinin və Ukrayna prezidentinin sülh danışıqları məsələsində mövqeyini yaxından izləyir. Tramp Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarından diplomatiyaya keçidlə bağlı ümidlərini “realist və optimist” adlandırıb.
“Mən bunu izləmişəm, görmüşəm və bu barədə prezident Putin və prezident Zelenski ilə danışmışam”, – Tramp müsahibəsində deyib.
“Nəsə baş verəcək, amma onlar hələ hazır deyillər. Amma nəsə olacaq. Biz bunu başa çatdırmaq niyyətindəyik”.
Aparıcının Rusiyanın bu yaxınlarda Kiyevə kütləvi hücumu ilə bağlı sualına cavab olaraq ABŞ prezidenti baş verənlərdən məyus olduğunu, lakin “hər şeyi yerbəyer edəcəklərini” deyib.