Putin yeni hökumətdə baş nazirin müavini kimi Patruşevi görmək istəyir

Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev yeni hökumətdə baş nazirin müavini postunu tuta bilər.

Azpost.info xəbər verir ki, bu barədə RBC kadr məsləhətləşmələrinin gedişi ilə tanış olan üç mənbəyə istinadən xəbər verir.

Onlardan biri bildirib ki, Patruşev yeni vəzifəyə keçərsə, onu kənd təsərrüfatı naziri postu ilə birləşdirməyəcək.

Patruşevə əsasən əvvəllər Viktoriya Abramçenkonun nəzarət etdiyi ərazilər veriləcək. Söhbət Kənd Təsərrüfatı Nazirliyi və Təbii Sərvətlər Nazirliyi, “Rosselxoznadzor”, “Rosgidromet”, “Rosprirodnadzor”, “Rosvodresursı”, “Roslesxoz”, “Rosrıbolovstvo” və “Rosnedra”nın fəaliyyətinin əlaqələndirilməsindən gedir.

Azpost.info

Əvvəlki məqalə

İyunun sonunadək Şuşada “ASAN xidmət” mərkəzi açılacaq

Sonrakı məqalə

NİİM Bakıda təmirə görə bağlanan yolla bağlı müraciət etdi