“Putinin daha ciddi ambisiyalarının olduğunu bilirdik, Lavrov bunu təsdiqlədi”- ABŞ müdafiə naziri

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ukraynadakı xüsusi hərbi əməliyyatın coğrafi məqsədlərinin genişləndirilməsi ilə bağlı sözləri Vaşinqton və onun müttəfiqlərini təəccübləndirmədi”.

Azpost.info xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımız bilirdilər ki, Rusiya prezidenti Vladimir Putinin daha ciddi ambisiyaları var və Lavrov bu gün bunu təsdiqləyib”, – Lloyd bildirib.

Lavrovun bəyanatını Ağ Evin yetkilisi Con Kirbi də şərh edib. Onun sözlərinə görə, Rusiya Ukrayna ərazilərinin ilhaqı üçün zəmin yaradır.

Qeyd edək ki, Lavrov Qərb silahlarının Ukraynaya tədarükü səbəbindən müharibənin coğrafi vəzifələrinin dəyişdiyini bildirib. Rusiya XİN rəhbəri Ukraynaya uzaqmənzilli silahların veriləcəyi təqdirdə yeni əraziləri ələ keçirəcəkləri ilə də hədələyib.

Azpost.info

Əvvəlki məqalə

Co Bayden xərçəng xəstəsi olduğunu açıqlayıb

Sonrakı məqalə

“Tarixi qərarlar hazırlayırıq” –