Rusiya prezidenti Vladimir Putinin son bəyanatı Avropa İttifaqı daxilindəki mövqeyə təsir etməyəcək.
Azpost.info xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib.
“Putinin Ukraynanın Rusiyaya qarşı Qərbin uzaq mənzilli dəqiq silahlarından istifadəsinin NATO ölkələrinin müharibədə birbaşa iştirakı olacağına dair bəyanatları bu məsələdə Avropa İttifaqı daxilindəki mövqeyə təsir etməyəcək. Ukraynaya qarşı qeyri-qanuni təcavüzünü davam etdiyi müddətcə bizim mövqeyimiz dəyişməyəcək”, – Stano bildirib.
O, əlavə edib ki, Rusiya prezidenti daim yanlış şərhlər verir: “Əlbəttə, onun dediyi heç bir söz bizim mövqeyimizi dəyişməyəcək”.
Peter Stano xatırladıb ki, Ukraynanın Aİ ölkələrinin ona verdiyi silahlardan istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələr davam edir.
Azpost.info