Putinin seçkidəki rəqiblərinin sayı 30-a çatır- ADLAR

Artıq 29 nəfər 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etmək arzusunda olduğunu bəyan edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova bildirib.

Namizədlərin yekun siyahısı 2024-cü il yanvarın 1-də məlum olacaq.

İndiyədək namizədliyini bəyan edənlər arasında jurnalist Yekaterina Duntsova, Dumanın Kommunist Partiyasından olan deputatı Nikolay Xaritonov, LDPR-dən olan deputat Leonid Slutski, Dumanın vitse-spikeri Vladislav Davankov, “Vətəndaş Təşəbbüsü” partiyasından olan deputat Boris Nadejdin, deputat Vladimir Mixaylov, Rusiya Xalq Birliyi partiyasından Sergey Baburin və Rusiya Azadlıq və Ədalət Partiyasından Andrey Boqdanov da var.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.