Belarus prezidenti Aleksandr Lukaşenko oktyabrın 15-də Qırğızıstanda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Azpost.info xəbər verir ki, tərəflər əməkdaşlıq layihələrini, xüsusən də təyyarələrin istehsalı və Leninqrad vilayətinin limanları istiqamətində dəmir yolu xəttinin tikintisini müzakirə edəcəklər.
“Dünən Rusiya prezidenti ilə danışdım. Biz iki layihə üzrə razılığa gəlmişik. Oktyabrın 15-də isə Qırğızıstanda görüşüb bu barədə ətraflı danışacağıq. Söhbət Rusiyada böyük tələbat və ehtiyac olan kiçik tutumlu təyyarələrin birgə istehsalından gedir. Bizi narahat edən ikinci məsələ Belarusdan Leninqrada ikinci dəmir yolu xəttinin çəkilməsidir”, – Lukaşenko bildirib.
Azpost.info