Putinlə Paşinyan üçtərəfli bəyanatların icrasını müzakirə edib - Kremldən açıqlama

Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Azpost.info xəbər verir ki, tərəflər Qarabağdakı vəziyyəti müzakirə ediblər.

“Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin ardıcıl icrasının vacibliyini bir daha təsdiqləyərək, regionda sabitliyin təmin edilməsində Rusiya sülhməramlı kontingentinin rolunu qeyd ediblər”, – Kremlin mətbuat xidməti bildirir.

Bundan başqa, Putin və Paşinyan Rusiya ilə Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqliyin inkişafı ilə bağlı digər aktual məsələləri də nəzərdən keçiriblər.

Azpost.info

 

Əvvəlki məqalə

Avqustun 27-də keçiriləcək SAT imtahanı iştirakçılarının nəzərinə

Sonrakı məqalə

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb