Qənirə Paşayeva Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirak edəcək.
Azpost.info bildirir ki, Q.Paşayeva bu barədə məlumat yayıb. O, 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyini irəli sürüb: “Milli Məclisdə şərəflə və qürurla təmsil etdiyim 105 saylı Tovuz seçki dairəsindən yenidən deputatlığa namizədliyimi irəli sürməyə qərar verdim.İnanıram ki,seçicilərimin təkrar etimadını qazanacaq və növbəti 5 ildə də onları ləyaqətlə təmsil edəcəm. Bütün bu illər ərzində onların etimadını itirməmək üçün və onları layiq olduqları kimi təmsil etməyə çalışdım.Hər biri seçicim mənim üçün çox əziz və dəyərlidir”.