“Qərb Bakı və İrəvan arasında aparılan sülh prosesinə girmək istəyir” –Putinin köməkçisi

ABŞ və bir sıra Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində gedən iş prosesinə daxil olmağa çalışırlar.

Azpost.info bildirir ki, bu sözləri Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələlərini şərh edərkən deyib: “Bildiyiniz kimi, ABŞ və bir sıra digər Qərb ölkələri sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar. İnanırıq ki, bütün “əlyazma” işlər Moskvada edilib”.

Rusiya Prezidentinin köməkçisi qeyd edib ki, qərblilər öz hərəkətləri ilə danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə qarışmaq istəyirlər.

Əvvəlki məqalə

Sabah Bakının iki rayonunda qaz olmayacaq

Sonrakı məqalə

Əfsanəvi futbolçu vəfat etdi