“Qəbələ”nin baş məşqçisi: “Bir mövqeni mütləq gücləndirməliyik”-FOTO

“Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik”.

Bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya şəhərində Çexiyanın “Teplitse” komandasına 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb: “Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir”.

Hazırlıq prosesini də dəyərləndirən Baxşıyev hər şeyin plana uyğun keçdiyini söyləyib: “Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Ən əsası hazırlıq prosesini zədəsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük”.

O, komandadan razı qaldığını vurğulayıb: “Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz “Kəpəz” lə Premyer Liqa görüşünə yönələcək”.

Əvvəlki məqalə

Putinlə Ərdoğan arasında telefon söhbəti olub

Sonrakı məqalə

Laçın-Xankəndi yolundan gün ərzində RSK-nın 32 maşını keçib –