“Qəbələyə raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən atılıb” –HİKMƏT HACIYEV (FOTO)

“Azərbaycanın möhtəşəm turizm mərkəzi olan və hərbi əməliyyatların aparıldığı ərazidən uzaqda yerləşən Qəbələ şəhəri Ermənistanın raket zərbələrinə hədəf olub”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib. 

“Raketlər Ermənistanın Qafan və Cermux bölgələrindən Qəbələyə atılıb. Çox güman ki, Səddam Hüseynin vaxtilə istifadə etdiyi SCUD raketləri ilə Qəbələyə zərbə endirilib. Ermənistanın ağılsızlığının həddi-hüdudu yoxdur”, – deyə Prezidentin köməkçisi vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev Türkiyənin Baş Ombudsmanını qəbul edib

Sonrakı məqalə

“Kaspşik Azərbaycanı aldadıb, məsuliyyətə cəlb edilməlidir” –