İsrail prezidenti İsaak Hersoq Britaniya Baş naziri Rişi Sunakla bugünkü görüşündə BBC-nin (Britaniya milli yayım korporasiyası) HƏMAS tərəfdarları ilə bağlı redaktor siyasətindən narazılığını bildirib.
Azpost.info xəbər verir ki, Hersoqun fikrincə, təşkilatın üzvlərini birbaşa “terrorçu” adlandırmaq lazımdır.
“Vəziyyətin düzəlməsi və HƏMAS-ın terror təşkilatı kimi təqdim edilməsi üçün ciddi etiraz olunsun. BBC əməkdaşlarının HƏMAS-ın qəddar bir terror təşkilatı olduğunu başa düşməsi üçün başqa nə görmələri lazımdır?”, – İsrail lideri bildirib.
Eyni zamanda, o, Sunaka İsrailə səfərinə və regionda vəziyyətin kəskin pisləşməsi fonunda Böyük Britaniyanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib. Prezident İsrailin bütün Avropa ölkələrinin maraqlarını müdafiə etmək də daxil olmaqla, bir növ sivilizasiyalar savaşının önündə mübarizə apardığını deyib.
Azpost.info