Qəsdən adam öldürmə ilə həbs yatan məhkum öldü- SƏBƏB

həbsxana
həbsxana

Bakının Qaradağ rayonunda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsində faciəvi hadisə baş verib. AzPost bildirir ki, müəssisənin yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir məhkum ölüb.

Ədliyyə Nazirliyinin məlumatına görə, iyunun birində saat 13:10 radələrində baş verən hadisə zamanı dam örtüyü qəfil çöküb. Nəticədə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu ağır xəsarət alıb və iyunun ikisində vəfat edib.

Qurumun açıqlamasına əsasən, hadisə zamanı digər məhkumlar və müəssisə əməkdaşları xəsarət almayıb. Hadisənin dəqiq səbəblərinin müəyyən olunması məqsədilə Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.