Qəzzada atəşkəs danışıqları nəticəsiz qalsa, ABŞ-ın “B planı” varmı?- “Politico” açıqladı

ABŞ Qəzzada atəşkəs danışıqlarının nəticəsiz qalacağı və Yaxın Şərqdə münaqişənin daha da gərginləşəcəyinə qarşı ciddi “B planı” hazırlamayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.

Nəşr qeyd edir ki, İsrail və HƏMAS arasında danışıqlar prosesi son həftələrdə səngiyib və Amerika rəsmiləri atəşkəs razılaşmaları olmadığı halda bölgədə yeni toqquşmalardan ehtiyat edirlər.

İyulun 28-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Romada İsrail, Misir və Qətər nümayəndələri ilə görüşərək Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı danışıqlara cəhd edib. Həmin gün “Mossad”ın kəşfiyyat direktoru David Barnea İsrailə qayıdıb və baş nazirin ofisi yaxın günlərdə təmasların davam edəcəyini açıqlayıb.

Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada mərhələli sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb.

Saziş atəşkəsi və yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS tərəfindən saxlanılan israilli girovların azad edilməsini nəzərdə tutur.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.