Qadın təyyarədə uşaq dünyaya gətirdi

Rusiyaya məxsus təyyarə hava limanından Düşənbəyə uçarkən dünyaya gəlib.

Azpost.info bildirir ki, bu barədə “Ural Hava Yolları” aviaşirkətinin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.

Yanvarın 10-da Jukovskidən Düşənbəyə uçan təyyarədə hündürlüyə qalxdıqdan sonra sərnişinlərdən biri yüksək səslə qışqırmağa başlayıb. Məlum olub ki, doğuş başlayıb. Onun köməyinə stüardessalar və sərnişinlərdən biri gəlib.

“Vəziyyət dərhal təyyarə komandirinə bildirildi. Doğuş normal getdiyi üçün təcili enişə ehtiyac qalmadı”- deyə baş stüardessa Anastasiya Semenova bildirib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.