Qadının ayrıldığı partnyoruna ikinci şans vermək istəyi əksər hallarda sevgidən deyil, tək qalmaq qorxusundan qaynaqlanır.
Bunu psixoloq, ailə münasibətləri və emosional asılılıq üzrə mütəxəssis Olga Kazak bildirib.
Onun sözlərinə görə, ayrılıqdan sonra bir çox qadın münasibətlərin əvvəlində yaşanan xoş xatirələri idealizə edir və keçmiş partnyorun dəyişəcəyinə ümid bəsləyir.
“İkinci şans çox vaxt doğru qərar kimi görünür. Lakin bu, əksər hallarda reallıqdan çox, insanın öz gözləntiləri və keçmişə bağlılığı ilə əlaqədardır. Bir çaya iki dəfə girmək mümkün deyil”, – deyə psixoloq vurğulayıb.
Olqa Kazak hesab edir ki, ikinci şans yalnız hər iki tərəf ayrılıq müddətində dəyişdikdə və səhvlərini dərk etdikdə uğurlu ola bilər.
Mütəxəssis qadınlara özlərinə bu sualı verməyi tövsiyə edir: “Ayrılıq dövründə partnyorumda nə dəyişib?”
Əgər cavab “heç nə” və ya sadəcə “o, söz verib” olarsa, bu, real dəyişiklik sayılmır. Psixoloqun fikrincə, əməl ilə təsdiqlənməyən vədlərin heç bir dəyəri yoxdur.
Ekspert vurğulayıb ki, münasibətlərin yenidən qurulması yalnız hər iki tərəfin davranışını dəyişməsi, münasibətlərə və şəxsi inkişafına ciddi şəkildə investisiya qoyması halında mümkün ola bilər.