“Qafqazda kommunikasiyaların açılması ilə bağlı paket həll razılaşdırılır” –Rusiya XİN-dən AÇIQLAMA

“Rusiya Azərbaycan və Ermənistanla Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı predmetli işi davam etdirir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üçtərəfli işçi qrupu çərçivəsində Azərbaycan və Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həlli razılaşdırılır.

Əvvəlki məqalə

Putin Qorbaçovun vəfatı ilə bağlı başsağlığı verib

Sonrakı məqalə

İsmayıllıda yanğın söndürülüb, Şabranda məhdudlaşdırılıb