Türkiyənin “Qalatasaray” komandası heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul nəhəngi İngiltərənin “Norviç Siti” klubundan 26 yaşlı yarımmüdafiəçi Qabriel Saranı transfer edib. Braziliyalı oyunçu ilə 5 illik müqavilə imzalanıb.
“Cim-bom” bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyəcək(azərtac).