Türkiyə Superliqasında 29-cu tura start verilib.
Günün yeganə oyunu “Qalatasaray” və “Rizəspor” komandaları arasında baş tutub. Görüş İstanbul nəhənginin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” 78 xalla turnir cədvəlinə başçılıq edir. “Rizəspor” isə 39 xalla yeddinci pillədə qərarlaşıb.