Türkiyənin “Qalatasaray” futbol klubunun hücumçusu Mauro İkardi dünyanın ən bahalı avtomobilini alıb.
Azpost.info bildirir ki, bu barədə L’Equipe məlumat yayıb. İkardi 26 milyon avroya “Rolls-Royce Boat Tail” alıb.
Dünyada bu avtomobilin cəmi üç nüsxəsi istehsal edilib. Onlardan biri rep ifaçısı Cey Ziyə, digəri isə mirvari hasilatı ilə sərvətini qazanmış iş adamına məxsusdur.
Avtomobilin salonu yaxta üslubunda hazırlanıb. İçəridə mətbəx, teleskopik masa, həmçinin şampan üçün iki soyuducusu var.