“Seçkidə qalib gəlsəm, Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin danışıqlarını təşkil edəcəyəm”.
Azpost.info xəbər verir ki, bunu Ağ Evin keçmiş rəhbəri Donald Tramp ABŞ-ın vitse-prezidenti Kamala Harrislə ABC News telekanalında debat zamanı bildirib.
Tramp əlavə edib ki, prezident kimi vəzifəsinə başlamazdan əvvəl münaqişənin həllinə töhfə verəcək.
“Mən prezident olana qədər bu məsələni həll edəcəyəm. Danışıb onları bir araya gətirəcəyəm”, – Tramp deyib.
O, Ukrayna münaqişəsinin bitməsini və insan həyatının xilas edilməsini istədiyini təsdiqləyib. Tramp əmindir ki, böhrana son qoyulması ABŞ-ın maraqlarına uyğundur. Onun sözlərinə görə, hazırkı administrasiya qarşıdurmanı dayandırmağa çalışmır.
Azpost.info