İranda prezidentliyə namizəd Məhəmməd Bagir Qalibaf seçkilərin ikinci turu öncəsi Səid Cəliliyə dəstək verdiyini açıqlayıb.
Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, bu barədə bəyanatında deyib.
Rəqibi Pezeşkiyana hörmət etdiyini deyən Qalibaf qeyd edib ki, bütün inqilabi qüvvələrdən və tərəfdarlarından xahiş edir ki, iqtisadi və siyasi problemlərimizin mühüm hissəsini yaradan hərəkatın hakimiyyətə qayıtmaması üçün kömək etsinlər.
Şənbə günü açıqlanan ilkin nəticələrə görə, İranda növbədənkənar prezident seçkilərində heç bir namizədin səslərin 50%-ni ala bilmədiyi üçün ikinci tura keçir.
Seçki qərargahının şənbə günü elan etdiyi yekun hesablamaya əsasən, Məsud Pezeşkiyan ən çox səs toplayıb – 10,4 milyon.
Onun ən yaxın rəqibi Səid Cəlili 9,4 milyon səslə ikinci olub.
Parlamentin spikeri Məhəmməd Bagir Qalibaf 3,3 milyon səslə geridə qalıb. Keçmiş daxili işlər naziri Mustafa Purmohammadi isə 206 mindən bir qədər çox səs toplayıb.
Seçki hüququna malik olanların təxminən 40%-i ilk turda səs verib.
Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.