“Qan ehtiyatı tamamilə azalıb” –

Mərkəzi Qan Bankı vətəndaşlara çağırış etdi
14 Yanvar 2021 - 11:07

Mərkəzi Qan Bankı vətəndaşlara müraciət edib.

Bankdan verilən xəbərə görə, qan ehtiyacları davamlı olduğundan hazırda 0 (l) Rh- (mənfi 1), A (ll) Rh- (mənfi 2) və AB (lV) Rh- (mənfi 4) qan qruplarından olan qan ehtiyatları tamamilə azalıb.

Bankın vətəndaşlara müraciətində deyilir: “Qan ehtiyacı olan vətəndaşlarımızı davamlı qanla təmin etmək üçün sənə ehtiyacımız var. Könüllü qan donoru ol və həyat qurtaran dostlarımız arasına qatıl”.

Ünvan: Mərkəzi Qan Bankı, Feyzulla Qasımzadə küçəsi 65

Telefonlar: 907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.