“Qanun layihələrində çatışmazlıqlar olur…” –Qüdrət Həsənquliyev

“Nə dövlət qoruqlarının, nə milli parkların hüquqi rejiminə dair Azərbaycanda qanun var”.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, bu sözləri parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Deputat təklif edib ki, bununla bağlı qanun hazırlansın: “Ya bunu özümüz hazırlayaq, ya da hökumət göndərsin. Digər tərəfdən, hazırda Azərbaycanda dövlət qurumlarında nəsillərin tarazlanması prosesi gedir. Amma bütün sahələrdə bu, hamar formada özünü biruzə vermir. Bizə göndərilən qanun layihələrində çatışmazlıqlar olur. Ədliyyə Nazirliyi yanında Qanunvericilik Baş İdarəsi var. Baş İdarənin əsas vəzifəsi mövcud qanunların yeni qəbul edilmiş qanunlara uyğunluğunu təmin etməkdir. Bir çox halda Baş İdarənin də rəyləri nəzərə alınmır. Bu işlə məşğul olan institutun yaradılmasına nail olsaq, bu, Milli Məclisin adı ilə qalar. Bunun üçün Prezidentə müraciət edək. Bu institutu ya Ədliyyə Nazirliyi, Milli Məclis, ya Ədliyyə Nazirliyi yanında yaradaq. Belə institutun yaradılmasına son dərəcə ehtiyac var. Bununla bir çox problemi həll edib, çözə bilərik”.

S. Qafarova da cavabında bildirib ki, bu məsələ ilə bağlı komitədə Əli Hüseynli ilə məsləhətləşmələr aparılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bərdə şəhərində kanalizasiya sistemi yoxdur” –

Sonrakı məqalə

Baş Prokurorluq helikopterin qəzaya uğramasının səbəbini açıqladı –