“Qanun Nəşrlər Evi”nin yaxınlığında qumbara tapılıb-FOTO

Bakıda “Qanun Nəşrlər Evi”nin yaxınlığında qumbara aşkarlanıb.

Bu barədə nəşriyyatın sahibi Şahbaz Xuduoğlu məlumat yayıb.

O bildirib ki, binanın ətrafını təmizləyən fəhlə qumbara aşkar edib: “Qumbara istifadə olunmayıb, necə deyərlər “sağlamdır”. Fövqəladə Hallar Nazirliyinə xəbər verdik, çox sağ olsunlar, dərhal gəldilər”.

Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

FHN-dən faktı APA-ya təsdiqləyiblər. Bildirilib ki, nazirliyin protexniklərləri sursatı zərərsizləşdirmək üçün ərazidən götürüblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.