Bakıda “narkotik əməliyyatı”- 88 nəfər saxlanılıb

Paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər ötən gün də davam etdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 20-də keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 54 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan daha 88 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən 3 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati xarakterli tədbirlər görülüb.

Paytaxtda hüquqpozmalara qarşı və aşkarlanan faktlarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Əvvəlki məqalə

Ölkədə heyvandarlığın perspektivləri nə vəd edir?

Sonrakı məqalə

“Fələstinlilər heç vaxt torpaqlarını tərk etməyəcək” –