“Qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsdiniz”- Gürcü deputatlardan etiraz

Gürcüstan parlamenti prezidenti Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qoyduğu vetonu ləğv etdi.

Azpost.info xəbər verir ki, veto müzakirəsi müxalifətdən olan deputatlarla hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının nümayəndələri arasında gərgin siyasi debat fonunda keçib.

Müxaliflər hökumət rəsmilərini qanunu qəbul etməklə ölkənin Avropa yolunu kəsməkdə ittiham ediblər.

Parlamentin Hüquq məsələləri komitəsinin rəhbəri Anri Oxanaşvili isə bildirib ki, Gürcüstan Aİ-yə üzv olarsa, bu qanuna daha ehtiyac qalmayacaq, çünki fərqli hüquqi baza yaradılacaq.

Azpost.info

Əvvəlki məqalə

Gürcü parlamenti prezidentin qalmaqallı qanuna qoyduğu vetonu ləğv edib

Sonrakı məqalə

Ermənistandakı etiraz aksiyasında 273 nəfər saxlanılıb