“Qarabağ”- “Bayer 04” oyununa 30 min bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Almaniya klubu “Bayer 04”lə oyununa 30 000 bilet satılıb.

Bu barədə “Report”a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bugünkü qarşılaşma üçün bütün biletlər satılıb. Bu isə o deməkdir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə tribunalar tam dolu olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də başlayacaq.

Əvvəlki məqalə

Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Putin Qazaxıstanda səfərdədir