“Qarabağ” “Hakken”i məğlub edib

Azərbaycan çempionu “Qarabağ” növbəti oyununu keçirib.

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ikinci matçına çıxıb.

Komanda ilk səfər matçında “Hakken”lə görüşüb və “Qarabağ” qrupda ardıcıl ikinci qələbəsini qazanıb. İlk oyunda “Molde”ni bir qolla yenən çempionumuz Skandinaviyanın digər təmsilçisini də itkisiz keçib.

Qeyd edək ki, qrupun digər qarşılaşmasında “Molde” “Bayer”i qəbul edib və qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.

Avropa Liqası, qrup mərhələsi
II tur, H qrupu
5 oktyabr
23:00. “Hakken” (İsveç) – “Qarabağ” (Azərbaycan) – 0:1
Qol:
 Juninyo, 70
Baş hakim: Sebastyan Qişamer (Avstriya)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.