“Qarabağ” klubu Türkiyəyə yollanıb

Ağdamın “Qarabağ” klubu Türkiyəyə yollanıb.

Ağdam təmsilçisi qış təlim-məşq toplanışı üçün Antalyaya yola düşüb.

“Qarabağ” Antalyada 3 yoldaşlıq oyununda gücünü sınayacaq. Son ölkə çempionu yanvarın 13-də Polşanın “Rakuv” klubu ilə üz-üzə gələcək. “Qarabağ” yanvarın 18-də iki görüş keçirəcək. Əvvəlcə Serbiya “Çukariçki”si ilə qarşılaşacaq kollektiv ardınca Polşanın digər təmsilçisi “Poqon”u sınağa çəkəcək.

Təlim-məşq toplanışı yanvarın 23-dək davam edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.