“Qarabağ” Luka Quqeşaşvili ilə 3 illik müqavilə imzalayıb

“Qarabağ” Luka Quqeşaşvilini transfer edib.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan çempionu rəsmi saytı vasitəsilə yayıb.

Bildirilib ki, yanvarda Polşanın “Yagelloniya” klubundan icarəyə götürülən Quqeşaşvili bu dəfə birdəfəlik transfer edilib.

Gürcüstanlı qolkiper “köhlən atlar”la 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Luka Quqeşaşvili ötən mövsüm “Qarabağ”ın heyətində Premyer Liqada 4 oyun keçirib, 2 qol buraxıb.

Əvvəlki məqalə

Vatsap qrup zəngələrinə yeni funksiyalar əlavə edib

Sonrakı məqalə

5 ayda ölkəyə 120 milyon dollarlıq meyvə-tərəvəz idxal olunub