“Qarabağ məsələsini geniş müzakirə etdik” –Ərdoğan Putinlə nədən danışdıqlarını açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə danışıqları başa vurub ölkəsinə qayıdarkən təyyarədə jurnalistlərlə söhbətləşib, danışıqların məzmununa dair bəzi məqamları açıqlayıb.

virtualaz.org xəbər verir ki, danışıqlar məhsulda rolub. Strateji əməkdaşlıq sahələrindən biri olaraq nüvə enerjisi sahəsində əməkdaşlıq imkanları da müzakirə edilib. Bildirib ki, Rusiya tərəfi Akkuyu Atom Elektrik Stansiyasının birinci blokunun tikintisini 2023-cü ilin mayında tamamlamağı planlaşdırır. “Təbii ki, bizim üç AES inşa etmək hədəfimiz var. Sayın Putinlə “Bu iki AES-i də sizinlə birlikdə tikə bilərikmi?” deyə müzakirə apardıq. “Bu məsələ ilə bağlı çalışarıq” dedilər. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı genişləndirməyin də əhəmiyyətini vurğuladıq. Turizmdə Rusiya bizə çox ciddi dəstək verdi. Turizmdə yaşadığımız sıxıntıları Rusiyadan gələn turistlərlə ciddi şəkildə aşa bildik”,-Ərdoğan deyib.

Türkiyə prezidenti danışıqlarda Suriya, İdlib mövzusunun da başlıca mövzulardan biri olduğunu bildirib. O cümlədən Əfqanıstan və Azərbaycanın Qarabağ bölgəsindəki situasiya ilə bağlı müzakirələr apardıqlarını deyib. “Rusiya Prezidenti Vladimir Putinlə görüşümüzün əsas mövzusu regional məsələlər oldu. Suriya, Liviya və Əfqanıstandakı vəziyyəti dəyərləndirdik. Qarabağ məsələsini da geniş şəkildə müzakirə etdik. Birgə atılması mümkün olan addımlar barədə səmimi fikir mübadiləsi apardıq”,-Ərdoğan bildirib.

Türkiyə prezidenti görüşdə Zəngəzur dəhlizinin açılmasının vacibliyi haqda da danışıldığını deyib.

“Zəngəzur dəhlizi bütün bölgə üçün vacib imkan yaradacaq. Orada çəkiləcək avtomobil və dəmir yol xətti bütün bölgə ölkələri üçün iqtisadi-ticari imkanlar açacaq. Azərbaycan bu dəhliz üçün çox geniş işlər görür. Təbii ki, Ermənistan tərəfinin bu dəhlizlə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”, –Ərdoğan qeyd edib.

Türkiyə prezidenti habelə deyib ki, Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir. “Vladimir Putinlə görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi də gündəmə gəldimi” sualına belə cavab verib: “Vladimir Putin onsuzda bu məsələyə hər zaman hazırdır”.

Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Taliban” on minlik ordusunu Tacikstanın sərhədinə topladı –

Sonrakı məqalə

Polis əri tərəfindən öldürülən qadının –