“Qarabağ müharibəsindən sonra regionda təhlükəsizlik dəyişib” –NATO-nun nümayəndəsi

“Gürcüstana oynadığı konstruktiv rola görə minnətdarıq”.

Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın İctimai telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra regionun təhlükəsizlik vəziyyəti əsaslı şəkildə dəyişib: “Gürcüstan hökuməti Azərbaycan və Ermənistanın minalanmış ərazilərin xəritəsinin və saxlanılanların mübadiləsinə dair razılaşmanın əldə edilməsində çox vacib rol oynadı. Gürcüstan regional təhlükəsizlik üçün nə qədər dəyərli olduğunu göstərib”.

Xüsusi nümayəndə qeyd edib ki, bu gün NATO baş katibi ilə Gürcüstanın müdafiə naziri  arasında baş tutan görüşdə regionda təhlükəsizlik vəziyyətinə dair müzakirə aparılıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” –

Sonrakı məqalə

“Azəriqaz” dövlətdən aldığı subsidiyanı niyə açıqlamır?” –