“Rusiya və Türkiyə Qarabağ məsələsində səylərini sıx şəkildə koordinasiya edir” –Lavrov

“Qarabağ məsələsində səylərimizi sıx şəkildə koordinasiya edirik”.

bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, Bakı və İrəvan da bu məsələdə məsafə qət etmək üçün dialoqu davam etdirirlər.

Regionda bütün nəqliyyat əlaqələrinin bərpasının əhəmiyyətinə toxunan

S. Lavrov Ağdamda yerləşən Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini təqdir etdiklərini vurğulayıb: “Əminik ki, ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat kommunikasiyasının açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edəcək”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qərarda əhali üçün mövcud tariflərə dəyişiklik edilməyib” –

Sonrakı məqalə

“Qarabağ müharibəsindən sonra regionda təhlükəsizlik dəyişib” –