“Qarabağ münaqişəsini kökündən həll etmək istəyirik” –

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu
29 Sentyabr 2020 - 14:25

Döyüş meydanında və diplomatiya masasında Azərbaycanın yanındayıq.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Bu məsələni kökündən həll etmək istəyirik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Türkiyəli nazir vurğulayıb ki, bu münaqişənin tək bir həll yolu var: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır. Bu olmadığı təqdirdə problem həll edilməyəcək”.