“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib

Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” – “Sumqayıt” oyununun yeri dəyişdirilib.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, “Azersun Arena”da keçiriləcək.

PFL-ə müraciət edən Ağdam klubu mərkəzi arenadakı təmir-bərpa işləri ilə əlaqədar görüşün yerinin dəyişdirilməsini xahiş edib.

Klubun rəsmi müraciətini, Respublika Stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan qurum “Qarabağ”ın istəyinə müsbət cavab verib.

Görüşün günü və saatı ilə bağlı isə heç bir dəyişiklik yoxdur.

Əvvəlki məqalə

Ödənişsiz “SMM Haqqında Başlanğıc” mütəxəssisi kursuna start verilib

Sonrakı məqalə

Qars-Naxçıvan dəmir yoluna dair niyyət protokolu imzalanıb