“Qarabağ” UEFA Konfrans Liqasında mübarizəni dayandırdı

“Qarabağ” klubu UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Onaltıdabir finalda Belçikanın “Gent” klubu ilə qarşılaşan “Köhlən atlar” səfərdə rəqibinə 0:1 hesabı ilə məğlub olub. ilk oyunda “Qarabağ” eyni hesabla qalib gəldiyindən, oyunda əlavə vaxt oynanılıb. İki əlavə vaxtda da hesab açılmayıb.

Oyundan sonra təyin olunan penalti zərbələrində daha dəqiq oynayan “Gent” futbolçuları 5:3 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəliblər.

Əvvəlki məqalə

Kahramanmaraşda daha bir zəlzələ baş verib

Sonrakı məqalə

BMT Rusiyanı Ukraynadan dərhal çıxmağa çağırıb –